Ölkə futbolu
Ruslan Qurbanov rəsmən “Keşlə”də
Futbol üzrə Azərbaycan milli komandasının hücumçu…
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ruslan Qurbanovun “Keşlə”yə keçəcəyinə dair xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümün sonunda “Səbail”dən ayrılan forvardın digər paytaxt klubuna transferi artıq rəsmiləşib.
Klubdan aldığımız məlumata görə, bu gün Qurbanovla 1+1 şərti ilə müqavilə imzalanıb.
“Keşlə” 28 yaşlı futbolçunun ölkəmizdəki 5-ci klubudu. Stavropol “Dinamo”sunda yetişən, “Rostov”da oynadığı vaxt “Nika” və “Taqanroq” kimi zəif klublara icarəyə göndərilən rusiyalı, Azərbaycanda “Neftçi”, “Simqayıt”, “Qəbələ” və “Səbail”də oynayıb. Bir ara Xorvatiyaya legioner həyatı yaşayan, amma “Hayduk”da cəmi 5 oyuna çıxan Ruslan ölkəmizə qayıtmışdı. Premyer Liqada 179 oyunda 36 qol vuran hücumçu son olaraq bürünc medal qazandığı “Səbail”dən mövsüm bitməmiş göndərilmişdi.
O, əsas millimizdə 26 oyuna 1 qol vurub, 6 dəfə də U-21-in (1 qol) formasını geyib.