Bizi izləyin

Milli komanda

Piramidanın son pilləsi: hamı problemin haradan qaynaqlandığını görür

Piramidanın son pilləsi yaxınlaşdıqca dairə daralır, manevr imk…

blank

Piramidanın son pilləsi yaxınlaşdıqca dairə daralır, manevr imkanları azalır. Nə qədər səlahiyyət, vəzifə, var-dövlət olsa da, kömək etmir…

Futbol azarkeş, xalq qarşısında oynanılır, kabinetlərdə gizlətmək mümkün deyil. Ümumiyyətlə futbolu bilənlər, bilməyənlər, hər kəs dərk etməlidir, futbol böyük qüvvədir…

Nə yazıq ki, uzun illərdi Azərbaycan futbolu bilməyənlərin əlindədir. 100 milyonlarla vəsaitin qarşılığında dəlləklik edə-edə ölkədə futbol genefondu məhv edilib.

Artıq əlcək kimi dəyişdirilən məşqçilər, təşkilati "pokazuxa"lar, illəri yola verə-verə başaldatmalar keçmir. Limit tükənib, azarkeşlər kütləvi olaraq oyanıb, yalanlara aldanmır…

Millətlər Liqası fiaskosundan, AFFA-nın növbəti manevrindən sonra yeni biabırçılıqların şahidi olan 7-dən 77-yə kimi hər kəs problemlərin haradan qaynaqlandığını görürlər artıq…

Azərbaycan futbolu məhv edilə-edilə, kiçildilə-kiçildilə 10 minlik stadiona sıxışdırılıb. Millinin son oyununda fanat, azarkeşlər stadionu dolduraraq sona kimi dəstək verdilər…

Bununla yanaşı ölkə futbolunda durumun nə dərəcədə acınacaqlı olduğunun bir daha şahidi oldular. AFFA-nın səfərbərlik "əməliyyatı" bumeranq rolunu oynadı, oynamaqdadı…

Görüşdən sonra federasiyanın feysbuk səhifəsinə göndərilən 1000(!)-dən çox etriraz şərhləri azarkeşlərin səbr kasasını daşırıb.

Sabahkı qarşılaşmaya münasibətdə isə ictimaiyyət arasında fanat, azarkeşlərin kütləvi olaraq AFFA-ya qarşı "istefa" sədaları eşidilir.

Çünki, bir oyunda təsadüfi qələbə belə ümumi futbol yarasına məlhəm ola bilməz…

Bu, çağırış, asayişin pozulmasına cəhdlər deyil, Azərbaycan futboluna ürəyi yanan, potensialını bilən azarkeşlərin emosional, spontan münasibəti, kütləvi reaksiyası, azarkeş ruhunun böyüklüyüdür…

Futboldakı səriştəsiz idarə üsulu, saymamazlıq, özbaşınalıq, cəzasızlıq durumu nə qədər acınacaqlı həddə çatıb ki, heç bir qurumun, qrupun təşkilatçılığı, çağırışı olmadan azarkeşlər birləşərək sözünü deyir.

Azarkeş – xalqdır. Xalqın gözü isə tərəzidir.

İstefa qorxulu bir söz deyil. Əksinə, mədəniyyətdir, məsuliyyətdir, mənəviyyatdır. Təbii, dərk edənlər, futbolda, azarkeş qarşısında cavabdehliyi anlayanlar üçün…

Öz dilimizi düz-əməlli bilməyən, milli ruhu olmayan, rus, ingiliscə düşünüb qıra-qıra danışan əksər federasiya rəsmiləri "istefa" sözündən yaman diksinirlər.

"Otstavka" – vəzifədən könüllü getmək, istefa vermək.

"Resignation" – mövcud durumla razılaşmaq, vəzifədən imtina, istefa.

"Retirement" – geri çəkilmə, işdən ayrılma.

Bunlar hamısı könüllülük xarakteri daşıyır və səmimiyyət, daxili güc, qabiliyyət, reallığı düzgün qiymətləndirmək, ümumi işi daha üstün tutmaq, çoxluğun tələbini qəbul etmək deməkdir…

Gecə-gündüz Avropaya inteqrasiyadan, FİFA, UEFA-nın tələblərindən dəm vuranlar, ölkə futbolunu dağıdanlar bacarıqsızlıqlarını qəbul etmək əvəzinə Avropa istefa mədəniyyətini "unudurlar"…

Futboldakı "mədəniyyət" sahiblərinə istefa mədəniyyəti yaddır!

Əksi baş verəcək… Azarkeşlərin haqlı səslərinə min ad qoyulacaq, qarayaxma kampaniyaları aparılacaq, əl altından planlar qurulacaq, şaiyələr yayılacaq, azarkeşlər arasına virus toxumu səpiləcək, hamı günahkar çıxarılacaq…

Hətta vəziyyəti siyasiləşdirmək cəhdləri də ola, azarkeşlərə "müxalifət" damğası da vurula bilər…

Vəzifələrin itirilməməsi üçün min oyunlardan çıxılacaq. Minlərlə azarkeşin "istefa" şüarına, "yerlərimizə göz tikiblər" kimi cəfəngiyyat, iftira dolu fikirlər yenidən səslənəcək…

Tupikdədilər. Bir tərəfdən bərbad nəticələr, digər tərəfdən də yuxarıda qeyd etdiyim azarkeşlərin ruhları ilə heç kimə qulaq asmadan, heç bir cərəyana qoşulmadan haqq səslərinin ucalması…

Heç kimi ittiham edə, futbol "müxalifət"i damğası vura bilmirlər. Əksinə, azarkeş (xalq) möhtəşəmliyi cəm halında yatmış futbol ictimaiyyətinə səslənir…

İllərdi 1-2 futbol adamı, futbolu, azarkeşləri düşünən KİV nümayəndələrindən başqa hamı susur. Belə durumda təmənnasız azarkeşlər məsuliyyəti öz üzərlərinə götürür…

Futbol tanrısı ilə Azərbaycan azarkeşinin təbii vəhdət təşkil edən mükəmməl ruh birliyi…

AFFA dövlətlə azarkeş (xalq) arasında körpü rolunu oynayır, oynamalıdır. Yaradılan şərait, ayrılan milyonlarla dövlətin, xalqın vəsaiti qarşılığında nəticələrə söykənən möhkəm körpü yaratmaq əvəzinə, uçurum əmələ gəlib, gətirilib…

Dağıdılmış futbol körpüsü haqlı narazılıqlara səbəb olub, bir sahildən digərinə hayqırtı, imdad sədaları səslənir… İstək birdir, Azərbaycanda adına layiq futbolun olması…

AFFA dövlət qurumu deyil. Bununla yanaşı federasiyada təmsil olunan rəhbər heyətin böyük əksəriyyəti dövlət vəzifələrində çalışanlardı.

Və onlar AFFA-ya ona görə göndəriliblər ki, körpü möhkəm olsun, futbolun inkişafına təkan verilsin, təmin edilsin…

Bunun əvəzinə bərbad futbol idarəçiliyi, futbolun çöküşü ilə yanaşı dövlətlə azarkeş (xalq) arasında körpülər köklü klublarımız kimi dağıdılır…

Dövlətin dəstəyilə Avroliqa finalı, qarşıdan gələn Avro-2020 nə qədər möhtəşəm layihələr olsa da, azarkeşə, Azərbaycana doğma futbol, inkişaf lazımdır.

Azarkeş dağıdılmış futbol xarabalığından yad ölkələri, klubları seyr etməklə yanaşı haqlı olaraq onların arasında millimizi, klublarımızı görmək istəyir.

Beynəlxalq yarışlarla paralel inkişaf etməyən ümumi futbol, millilərin çıxışları azarkeş qüruruna, hissiyyatına toxunur…

Azərbaycan futboluna "düşmən" kəsilmiş AFFA, dövlətin futbola, idmana qayğısına da kölgə salır, azarkeşlərin haqlı narazılığına gətirib çıxarır….

Futbolun ictimaiyyət arasında böyük təsir qüvvəsi var. Futbol təbii adrenalindir və zarafatı sevməz!

İstefa mədəniyyət deməkdir. İstefa mədəniyyətini şəxsi ambisiyalarına, futboldan qazandıqları layiq olmadıqları milyonlara, vəzifələrə qurban verən cavabdehləri dövlət- azarkeş (xalq) birliyi həll edə bilər…

Dövlət futbola qayğı göstərdiyi kimi, azarkeş kütləvilliyinin səsinə səs verərək uçurulmuş körpünü bərpa edə bilər…

Azarkeşlərin təxribatlara uymamağı, futbol adına haqlı atılan addımlardan dövlətçiliyimizə, xalqımıza qarşı yönələ biləcək istənilən məkrli niyyətlərdən uzaq olmalıdır.

Azərbaycan futbolunun xilası naminə məsuliyyəti öz üzərinə götürən fanat, azarkeş qarşısında baş əyilməlidir…

Futbolun biabırçı nəticələri fonunda əyilməyən, sınmayan, təslim olmayan, məğlub psixologiyanı qəbul etməyən, sözünü deyən Azərbaycan azarkeşi böyüklüyünü sübut edir…

Fanat, azarkeş – xalq deməkdir!

Qalib ruhlu, barışmaz Azərbaycan xalqına eşq olsun!

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm