Dünya futbolu
Meydana girən azarkeşə 15 sutkalıq həbs və 2 illik qadağa
AÇ-2020-nin seçmə mərhələsinin 3-cü turu &ccedi…
AÇ-2020-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Rusiya – San Marino oyunu zamanı meydana daxil olan azarkeşin cəzası məlum olub.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı azarkeşə 15 sutkalıq həbs cəzası verilib. Rusiya – San Marino matçının ikinci hissəsində meydana daxil olan şəxs, idman yarışlarında azarkeşlərin davranış qaydalarını pozduğu üçün cəzalandırılıb.
Onun iki il müddətinə rəsmi idman yarışlarının keçirildiyi məkanlara girişi də qadağan olunub.
Rusiya – San Marino matçı rusların 9:0 hesablı qələbəsiylə bitib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?