Ölkə futbolu
Hamşikdən etiraf: "Bu hesabla qalib gələcəyimizi gözləmirdik"
Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçm…
Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində, Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını savablandırıb. Təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib.
– Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.
– Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?
– Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla gözəl qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.
– Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?
– Əslində, bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabının heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.