Ölkə futbolu
“Səbail” baş məşqçisi ilə müqavilənin şərtlərini dəyişdirdi
Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək &ldqu…
Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək “Səbail” Bakıdakı hazırlığını davam etdirir.
Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu transferləri və mövcud müqavilələrin yenilənməsi ilə yanaşı, “Səbail”in məşqçilər korpusunun işi də rəhbərlik tərəfindən müzakirə edilərək, müvafiq qərarlar verilib.
Hazırda baş məşqçi Aftandil Hacıyevin köməkçisi kimi məşqçilər korpusunda fəaliyyət göstərən mütəxəssislərlə yeni mövsümdə də çalışmaq barədə qərar qəbul edilib.
Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb, Aftandil Hacıyevin isə müqaviləsinin şərtləri dəyişdirilib.