Premyer-liqa
Toşak mətbuata qadağa qoydu
"Xəzər Lənkəran" bu gün "Bakcell Arena"da…
"Xəzər Lənkəran" bu gün "Bakcell Arena"da "Neftçi" ilə Topaz Premyer Liqasının 12-ci turunun oyunu öncəsi son məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, komanda tıxac səbəbindən məşqin keçiriləcəyi yerə bir qədər gec çatıb.
Lənkəran təmsilçisinin baş məşqçisi Con Toşak mətbuat nümayəndələrinin məşq prosesini izləməsini istəməyib. Lakin klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun səyi nəticəsində jurnalistlər 10-15 dəqiqə məşqi izləyiblər. Bundan sonra isə yenidən qələm əhli stadiondan kənarlaşdırılıb.