Bizi izləyin

Ölkə futbolu

AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

Futbol bataqlığa sürükləndikcə sular durulur. Artıq na?…

blank
Futbol bataqlığa sürükləndikcə sular durulur. Artıq nağıllar keçmir. Azarkeş, xalq oyanıb…
 
Dünyanın öndə gedən kəşfiyyat, əks-kəşfiyyat idarələri federasiyada "püxtələşən" bir çox rəsmiləri rahatlıqla işə qəbul edə bilərlər. İllərdi dezinformasiya, qarayaxma, araqatma, pərdələnmə, şayiələrlə futbol ictimaiyyəti arasına virus toxumu səpib yalançı "inkişaf modeli"ni millətə sırıyanlar tükəniblər…
 
Futbolun qızıldan qiymətli illəri itirilib. 10-12 il öncə 10 yaşlı uşaqlar artıq 20-22 yaşlarındadırlar və "top çiləmə", Berlin layihələri, uşaq futbolunda texniki məğlubiyyətlərlə Lixtenşteynə tarix yazdırırlar…
 
Azərbaycan futbolu çox pis ilişib. 27 illik müstəqil futbolumuzun son 10-15 ili ən çiçəklənmə dövrü olmalı idi. Niyə?
 
90-larda müharibə, siyasi-iqtisadi xaos, şəraitin, infrastrukturun olmaması, futbol idarəçiliyindəki qüsurların sonu 2000-lərdə AFFA-da dəyişiklərə səbəb oldu. Məqsəd futbolda dönüşün yaradılması idi. Dövlətin qayğısı, stabillik… Vəsait futbola sel kimi axmağa başladı…
 
Azarkeşlərdə, xalqda inam yaranmışdı. Dəyişikliklərdən sonra ilk çempionat oyunlarına nəinki bölgələrimizdə, Bakıda stadionlara 10 minlərlə azarkeş gəlirdi. Lənkəran, Yevlax, İmişli, Zaqatala, paytaxtın özündə yeni-yeni müasir, dünya standartlarına cavab verən arenalar inşa edildi. Gəncə, Sumqayıt, Mingəçevir, Tovuz, Qazax, Qusar, Masallı, Bərdə və digər şəhər və rayonlarımız həvəslə öz növbələrini gözləyirdilər. Minlərlə uşaqlarımız böyük futbolçu olacaqları ilə bağlı xəyallar qururdular, "böyük"lərin onları düşünəcəklərinə inanırdılar…
 
Azərbaycanda futbolun ümumi inkişafına birmənalı cavabdeh olan AFFA-nın inanılmaz imkanları yaranmışdı. Dövlət rəhbərliyi SOCAR kimi bir nömrəli şirkəti futbola gətirmişdi. Klublara sponsorluq edən digər imkanlılar da öz yerində… Qalırdı futbolu düzgün idarə etmək, relsə salmaq, inkişaf etdirmək, nəticələr qazanmaq, xalqı sevindirmək.
 
Vəsait çox önəmlidir, hər şey demək deyil. "Всё решают кадры"… İnkişafı düzgün kadr seçimi həll edir…
 
Futboldan bixəbərlər tökülüşdülər futbola. Xalqın, dövlətin pullarını ata malı, istədikləri kimi dartışdırdılar. İllər keçdikcə "yağ-bal" içində üzənlər daha da azğınlaşdılar, yerlərini möhkəmləndirdilər. Gözlər bağlandı, federasiya futbola, azarkeşə, xalqa qulluq etmək əvəzinə şəxsi biznesə çevrildi. Müstəqil klublar məqsədli olaraq dağıdıldı, sponsorlar futboldan didərgin salındı…
 
"Mədəniyyət" donuna girmişlər "pokazuxa" layihələrlə millətin, həm də "yuxarı"ların başını qatır, uğursuzluqları futbola, ətrafa sırıyıb məharətlə yayınaraq özlərindən qəhrəman obrazı yaradırdılar. İllərdi min təzyiqlərlə üzləşərək bu problemləri qaldırır, müstəqil klubların növbəlilikə dağılacağını, futbolun tam çökəcəyini bildirirdik. Təəssüf ki, o an yetişib artıq. Bu qədər milyonların qarşılığında Azərbaycan futbolu 10 illərlə geri salınıb, futbol genefondu məhv edilib. Son həftələrdəki azarkeşlərin haqlı, kütləvi, sivil qaydada "istefa" dalğasından sonra futbolu zəbt edənlərin simaları daha qabarıq görünür.
 
İllərdi futbolu, xalqı düşünmədiklərini bir daha sübut etmiş oldular. Vəzifələrini, xalqdan, dövlətdən qazandıqları milyonların itirilməməsi üçün hər yola əl atırlar, davamını da gətirməyə çalışacaqlar…
 
Azarkeşlərin məğlubiyyət psixologiyasını qəbul etməyərək Azərbaycan millisinin biabırçı nəticələrinə etirazı ümumilikdə, dərin mənada dövlətin, dövlətçiliyin, xalqın müdafiəsi, qorunması deməkdir. AFFA dövlətlə azarkeş (xalq) arasında elə dövlətin, xalqın milyonları ilə uçurum yaradıb. Vəziyyət o həddə çatıb ki, Avroliqa finalı, Avro-2020 də fanat, azarkeşlərin gözündə deyil, könülləri ovundura bilmir artıq. Çünki onlar haqlı olaraq yaradılan şəraitə uyğun Azərbaycan futbolunun dünya, Avropa məkanında layiqli yerinin tutmasını istəyirlər.
 
Son günlər "təbliğat maşını"nı yenidən işə salaraq əks-həmlə etmək cəhdləri oldu. İnamı o qədər itiriblər ki, "müdafiə" fikirlərinin "tor"ları deşik-deşikdi. Rəqiblərin vurduğu toplardan salamat yer qalmayıb. İstənilən məkrli, müdafiə xarakterli açıqlamalar dərhal bumeranq rolunu oynayır, futbol ictimaiyyətinin haqlı etirazına səbəb olur. "Azərbaycan azarkeşi millidən nəticə istəyir, tələb edir, nəvaxtsa final mərhələsi görmüşük"? Bu tipli cəfəng açıqlamaların bir cavabı var. Azərbaycan futbolu, azarkeşi nəvaxtsa qruplar görmüşdü?! Dözülməz futbol idarəçiliyi, AFFA-nın(!) olmazın təzyiqləri fonunda klublar qruplar yolunu açdı, qazandı…
 
Latviya, ilin 9 ayını soyuqdan çölə çıxmayan İslandiya finallar üzü görmüşdülər, yoxsa futbolları bizdən üstün idi?! Azərbaycan futboluna yatırılan vəsait onlarda olsaydı, daha hansı uğurlar olardı?!
 
Futbolun, millətin ruhunu qırıb məğlub psixologiyanı aşılıyanlara elə indiki federasiyadakılar sərfəlidi. AFFA-da, klublarda öz kadrları və futboldakı "baş üstə"lər…
 
Birləşib "futbol yoxdu" deyə-deyə millinin yoldaşlıq oyunlarına (!) mükafatlar paylansın, "partiya" komandaları da hələ ki, reytinq xalları var, maksimum 1-2 mərhələ keçib xımır-xımır xalqın, dövlətin pulları qazanılsın…
 
"Klublar futbolçu yetişdirməlidir". Klub qalıb, futbolçu yetişsin?! 100-dən çox milliləşdirilmiş futbolçu, 150 minlik futbolçu ailəsi haralarda ilişib qalıb, üzə çıxmır?! Yarıtmaz futbol strategiyası, ot örtüyü, forma, kadr monopoliyası…
 
Azarkeşsiz futbol, "Bakı birinciliyi", qohum, dost-tanışların maliyyə, gəlir mənbəyi… Alınmayanda isə "mütəxəssis yoxdu" adıyla əcnəbi sevgisi, milyonların dağıdılması, menecerlik pərdəsi altında bölüşdürülməsi…
 
Azarkeşlərin haqlı səsləri dünya futbolunda analoqu olmayan hadisədir. Klub səviyyəsində belə hallar olur, ümumi futbol səviyyəsində nadir hallarda rast gəlinən durumdur. Azərbaycan futbolunun xilasına fanat, azarkeşlər qalxıb. Az sayda futbol adamı, KIV nümayəndələrinin gücü yetərli deyildi, "tək əldən səs çıxmaz". Azarkeş (xalq) birliyi kəsərli sözünü dedi. Mədəni, heç bir siyasi cərəyana qoşulmadan, təxribatlara yol vermədən sivil qaydada futbol cavabdehlərini "istefa"ya səsləməsi Azərbaycana, futbola olan sevgidən irəli gəlir. Ölkə futbolu fanat, azarkeşləri ilə fəxr edə bilər. Nə yazıq ki, Azərbaycan futbolunun indiki durumu azarkeşinə layiq deyil.
 
Futbolda mütləq dönüş yaradılmalıdır. İnamı itirən cavabdehlər gizləniblər. Nisbidir… Planlar qurulur, ən yaxşı halda "saray"da, öz aralarında qurbanlar axtarılır. Artıq məşqçi, futbolçu, "paytaxt küləkləri" bəhanələri keçmir. AFFA-ya, futbola cavabdehlərin bir qismi federasiyadan getmək istəməməkləri ilə yanaşı öz xoşları ilə də gedə bilməzlər. Bir tərəfdən karyera batar, digər tərəfdən isə "şəffaf"lıqlar fantan vurar…
 
Piramidanın bumeranq dalğası çox pis haqlayıb. Saxta pik nöqtənin yuxarısı, o tərəf, bu tərəfi olmur., "kəlləmayallaq" tərəfi olur…
 
Futbol heç vaxt onları düşündürməyib. Bütün güclərini səfərbər edəcəklər. "Yuxarı"lara donoslar hazırlanacaq, daxili futbol "klan"ları bir-birilərini önə verəcək, vaxt udub vəziyyətdən çıxmaq üçün hər yola əl atılacaq…
 
Bu gün Qurtuluş günüdür. Lənkəran, Yevlax, Zaqatala kimi, İmişlidə yeni inşa edilmiş Heydər Əliyev adını daşıyan stadion da boş qalıb….
 
Futbol… Azərbaycanda "üçbucağa" çevrilmiş futbol… Azarkeş (xalq) – AFFA – dövlət…
 
Fanat, azarkeş doğru seçimini edib artıq. Xalqla bir olan hər zaman qalib gəlir!
 
TAHİR SÜLEYMANOV
 
blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm