Dünya futbolu
La Liqaya son vəsiqə üçün son 2 namizəd
Futbol üzrə İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda ple…
Futbol üzrə İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ötən gecə bu vəsiqə uğrunda keçiriləcək həlledici qarşılaşmada iştirak edəcək komandaların adları müəyyənləşib.
“Deportivo” iki oyunun nəticəsinə görə “Malaqa”nı üstələyib – evdə 4:2, səfərdə 1:0. “Malyorka” isə “Albasete” ilə duellərdən qalib ayrılıb – evdə 2:0, səfərdə 0:1.
Beləliklə, “Deportivo” və “Malyorka” klubları pley-offun finalına yüksəliblər. Həlledici görüşlər də ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyun iyunun 20-də “Deportivo”nun, cavab görüşü isə ayın 23-də “Malyorka”nın meydanında baş tutacaq. Qalib komanda növbəti mövsümdən La Liqada çıxış etmək hüququ qazanacaq.
Xatırladaq ki, daha öncə Sequndanı ilk iki pillədə başa vuran “Osasuna” və “Qranada” klubları elitaya vəsiqəni təmin edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”