Dünya futbolu
Milli komandada ciddi itki
Kolumbiya millisi ciddi itki ilə üzləşib.
Futbolinfo.az xə…
Kolumbiya millisi ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, yığmanın hücumçusu Luis Muriel zədələnib. Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Amerika kuboku-2019-un ilk turunun Argentina ilə matçında (2:0) zədələnən Muriel, yığmanın heyətindən çıxarılıb və Amerika kubokunun qarşıdakı oyunlarında iştirak etməyəcək.
28 yaşlı hücumçunun 5-7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.