Dünya futbolu
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci t…
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirində yarışacaq komandalar öz rəqiblərini tanıyıblar.
Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək “Qarabağ”ın ilk rəqibi Albaniya çempionu “Partizani” olub.
Püşkatmanın nəticələrini təqdim edirik:
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya)
Suduva (Litva) – Srvena Zvezda (Serbiya)
Ararat (Ermənistan) – AIK (İsveç)
Astana (Qazaxıstan) – ÇFR Kluj (Rumıniya)
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarstan)
Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) – Sarayevo (Bosniya və Herseqovina)
Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
Düdelanj (Lüksemburq) – Valletta (Malta)
Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)
Valyur (İslandiya) – Maribor (Sloveniya)
Dandalk (İrlandiya) – Riqa (Latviya)
TNS (Uels) – ilkin mərhələnin qalibi
HİK (Finlandiya) – HB Torshavn (Farer adaları)
BATE (Belarus) – Pyast (Polşa)
Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…