Dünya futbolu
PSJ “Barsa”nın təklifini rədd etdi
“Barselona” keçmiş futbolçusu Neymarı qayt…
“Barselona” keçmiş futbolçusu Neymarı qaytarmaq üçün PSJ-yə rəsmi təklif göndərib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Katalonlar Neymar üçün PSJ-yə 100 milyon avro və Filippe Koutinyonu verməyə hazırdı. Paris təmsilçisi bu təklifə müsbət yanaşmayıb. İspaniya mətbuatı Neymarın PSJ-dən ayrılaraq “Barselona”ya qayıtmaq istədiyini iddia edir.
"Sambaçı" 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında keçib.