Bizi izləyin

Ölkə futbolu

“Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, &ou…

blank
Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, ölkəsinin "Visla" (Plotsk) klubuna keçən polşalı müdafiəçi Yakub Jezniçak Polşanın weszlo.com saytına geniş müsahibə verib. Ağdam klubundakı karyerasını xatırlayan Qurban Qurbanov haqda da maraqlı fikirlər səsləndirib.
 
– Bakıda başınız dinc idi?
– Hə, orada demək olar ki, qeybət portalları yoxdur. Əlbəttə, sarışın olduğum üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Yəqin ki, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra olanları siz də görmüsünüz. Azarkeşlər onlarla şəkil çəkdirməyim üçün çox israr etmişdilər. Təbii ki, hər şey qarşılıqlı hörmət əsasında olmuşdu. Məsələn, Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, market və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki tam sakitlikdir. Heç kim onları narahat etməyəcək.
 
– Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərsiniz və baş məşqçinin bundan xəbəri olmaz…
– Qurban Qurbanovun futbolçular üzərində ciddi nəzarəti var idi. Ona görə də bu barədə danışmasaq, yaxşıdır (gülür). "Qarabağ"da Mahir Mədətov adlı istedadlı futbolçu var. Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə təlim-məşq bazasında keçirib.
 
– Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?
– Bir dəfə ötən ilin yazında bara getmişdik. Dərhal  xəbəri olmuşdu. Yadımdadır, oyundan sonra bizə demişdi ki, gecə hamı evində olmalıdır. Şoka düşmüşdüm. Hələ bu harasıdır ki? Bir dəfə gecəyarı komanda istirahətdə olanda "Votsap"dakı qrupa yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Hamımız gülüş işarəsi göndərdik. Bir qədər sonra isə hərə qrupa bir şəkil atdı: Gerye Haitidən, mən isə Varşavadan. Ancaq bu hadisə bircə dəfə oldu. Sonra biz böyük insanlar olduğumuzu və bu yanaşmanın bir az sərt olduğunu söylədik. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim.
 
– Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik. Mükafatlar necə verilirdi?
– Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Qurbanov düşünürdü ki, bunun sayəsində biz meydana daha istəkli çıxacağıq.
 
– Bəs Azərbaycanda fan-klublar necədir?
– Rəqabət demək olar ki, yoxdur. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib.
 
– Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Səhv etmirəmsə, ən uzaq səfəriniz Qəbələyə olurdu…
– Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Ötən mövsüm "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.
 
– Özünüzü 300-500 nəfərin gəldiyi oyunlara motivasiya etmək çətin olmurdu?
– Liqaya uyğunlaşmaq çox çətin oldu. Ancaq avrokuboklarda  50 min nəfərin qarşısında oynayırdıq. Qışdan sonra isə azarkeşlər oyuna gəlmirdi. Sanki tətildə olurduq (gülür).
 
– "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız…
– Ötən il də belə olmuşdu. Qış fasiləsindən sonra cəmi 2 oyunda meydana çıxmışdım. Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Onlar əsasən müdafiəçilər idi. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Aydın məsələdir ki, baş məşqçilər əsasən ön xətdə oyunu öz üzərinə götürə bilən futbolçulara üstünlük verirlər. "Qarabağ"dan ayırlmaq mənim üçün gözlənilməz olmadı. Çünki oynamırdım. Buna görə təəssüflənmirəm. Sona qədər gözlədim. Adətən mövsümün sonunda yeni müqavilə təklif edirdilər. Bu dəfə isə dedilər ki, başqa mərkəz müdafiəçisi gətirmək istəmirlər. Üç azərbaycanlı oyunçu ilə avrokuboklarda uğur qazanacaqlar (qol.az).
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm