Ölkə futbolu
“Keşlə”dən Latviya klubuna
"Keşlə"nin mövsüm bitən kimi yollarını ayırd…
"Keşlə"nin mövsüm bitən kimi yollarını ayırdığı litvalı futbolçu Edvinas Girdvainis karyerasını Latviyada davam etdirəcək. 26 yaşlı mərkəz müdafiəçisi hazırda çempionatda 2-ci yerdə RFS klubuna keçib.
Riqa təmsilçisi yeni transferini artıq təqdim edib. Bunu RFS-in idman direktoru, tanınmış latviyalı futbolçu Maris Verpakovskis edib. Keçmiş hücumçu 2012-ci ildə "Bakı"nın heyətində Azərbaycan Kubokunun qalibi olub. Edvinasın agenti də vaxtilə ölkəmizdə legioner yaşayıb. Bu, "İnter"in litvalı keçmiş müdafiəçisi Paulius Pakisdi.