Ölkə futbolu
“Zirə” – “Qəbələ” matçının məkanı bəllidi
“Qəbələ”ylə "Zirə" arasında yoxlama oyunun…
“Qəbələ”ylə "Zirə" arasında yoxlama oyununun məkanı və başlanma saatı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, komandalar iyunun 29-da Zirə Olimpiya Kompleksinin stadionunda qarşılaşacaq. Matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, "Qəbələ" Avroliqaya hazırlığın Qəbələdəki mərhələsini iyunun 28-də bitirərək paytaxta sınaq matçı üçün gələcək və bundan 5 gün sonra Bakıdan Türkiyənin Bolu şəhərinə ikihəftəlik hazırlıq prosesinə yollanacaq. (sport24.az)