Ölkə futbolu
Raku “Neftçi”nin şansından danışdı
"Avrokuboklardakı təmsilçilərimizdən yalnız "Şe…
"Avrokuboklardakı təmsilçilərimizdən yalnız "Şerif" öz cütünün favoritidi. Ümumilikdə isə 4 komandamızın heç biri üçün asan olmayacaq" – bu sözləri "Neftçi"nin sabiq müdafiəçisi Petru Raku deyib.
Bu ilin əvvəlində "Şerif"dən alınan, lakin mövsüm başa çatar-çatmaz "Neftçi" ilə vidalaşan Moldova millisinin üzvü komandalarının avrokuboklardakı şanslarını dəyərləndirib. "Neftçi"dən ayrıldıqdan sonra hələ də klubsuz qalan Raku sabiq komandasının Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"ya rəqib olmasına münasibət bildirib. O, həmyerlilərinin müəyyən üstünlüyə malik olduğunu vurğulayıb: "Neftçi"də oynamışam, bu komandanı çox yaxşı tanıyıram. "Sperantsa"nın üstünlüyü ondan ibarətdi ki, bizdə çempionat davam edir və təmsilçimiz yaxşı vəziyyətdədi. Azərbaycan çempionatında isə son oyun mayın əvvəllərində keçirilib. Orda komandalar yalnız bu yaxınlarda istirahətdən qayıdıblar".
Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı