Dünya futbolu
Paşayevli “Aleksandriya” “Anderlext”ə qalib gəldi
Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-m?…
Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi sözügedən kollektiv Belçikanın “Anderlext” komandası ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.