Ölkə futbolu
Balayev növbəti dəfə rəmzi komandada
Qazaxıstan Premyer Liqasında XVI turun simvolik komandası müə…
Qazaxıstan Premyer Liqasında XVI turun simvolik komandası müəyyənləşib. Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə rəmzi heyətə düşüb.
Hesabat turunda səfərdə "Jetısu" üzərində 1:0 hesablı qələbə qazanan Balayevin komandası "Tobol" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Matçda bir neçə real qol şansının qarşısını alan 25 yaşlı qolkiper qələbədə böyük pay sahibi kimi, simvolik "11-liy"ə salınıb.
Balayev çempionatda artıq ardıcıl 7-ci oyundu ki, qol buraxmır. Onunla yanaşı, komanda yoldaşları Fernander Kassai və Nika Kvekveskiri də rəmzi heyətə düşüblər.