Ölkə futbolu
“Qarabağ”dan Çexiya klubu ilə heç-heçə
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı &ccedi…
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Bakı vaxtı ilə 19:00-da start götürən Plzen klubu ilə görüş heç-heçə başa çatıb. 84-cü dəqiqəyə qədər 2:0 öndə olan Azərbaycan çempionu 1 dəqiqəyə 2 qol buraxaraq, meydanı "sülh"lə tərk edib.
Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya Krayova” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri son olaraq Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib.
Yoxlama oyunu
2 iyul
Qarabağ – Viktoriya 2:2
Qol: M.Emreli, 42; 52.
Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”