Dünya futbolu
Milli komandada yeni baş məşqçi
Futbol üzrə Serbiya milli komandasının yeni baş məşqç…
Futbol üzrə Serbiya milli komandasının yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Lyubişa Tumbakoviç çalışdıracaq. Bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti açıqlanmayıb. 66 yaşlı mütəxəssis üçün bu gün Belqradda təqdimat mərasimi təşkil olunacaq.
Tumbakoviç son olaraq Çernoqoriya millisini çalışdırırdı. Lakin o, bir müddət əvvəl AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Kosovo ilə oyunda texniki zonada yer almaqdan imtina etdiyi üçün, postundan uzaqlaşdırılmışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var