Dünya futbolu
“Liverpul”dan “Sauthempton”a 22 milyon avroluq transfer
İngiltərənin “Sauthempton” klubu son mövsüm&u…
İngiltərənin “Sauthempton” klubu son mövsümü icarə əsasında bu komandada keçirən və müqavilə ilə “Liverpul”a məxsus olan Denni İnqzin transfer hüquqlarına sahib olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
“Sauthempton” İnqs üçün “Liverpul”a 22,2 milyon avro təzminat ödəyəcək.