Premyer-liqa
PFL rəmzi komandaya ən çox düşən futbolçuları açıqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövs&uu…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə rəmzi komandaya ən çox düşən futbolçular açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, siyahıda ölkə çempionu "Qarabağ"ın 8 futbolçusu yer alıb. "Neftçi"dən 3, "Qəbələ"dən isə 1 oyunçu mövsümün komandasına düşə bilib.
“İnstat Sport” şirkətinin mövsüm ərzində açıqladığı həftənin komandasına ən çox Səlahət Ağayev ("Neftçi"), Abdullah Zubir və Mahir Emreli (hər ikisi "Qarabağ") seçilib. Onlar 10 dəfə "11-lik"də yer alıblar.
"Qarabağ"dan Dani Kintana ilə Donald Gerye və "Qəbələ"dən Ceyms Adeniyi 9, Ağdam təmsilçisinin digər oyunçuları Filip Ozobiç, Miçel Madera və Bədavi Hüseynov 8 dəfə rəmzi komandaya düşüblər.
"Qəbələ"dən "Neftçi"yə keçən Voyislav Stankoviç və flaqmanın digər müdafiəçisi Kiril Petrov hərəyə 6, Maksim Medvedev və Abbas Hüseynov (hər ikisi "Qarabağ") isə hərəyə 5 dəfə "11-lik"də olublar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç