Dünya futbolu
“Ufa” daha bir azərbaycanlı futbolçu aldı
Rusiyannı “Ufa” klubu heyətini yeni futbolçu ilə…
Rusiyannı “Ufa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Başqırdıstanın Premyer Liqadakı təmsilçisi Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.
Əslən Naxçıvan şəhərindən olan, Azərbaycanda dünyaya gələn Möhbalıiyev Rusiya vətəndaşlığına malikdi. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasının da əsas üzvüdü. Turqayın hər iki valideynı azərbaycanlıdı.
Son altı ili “Spartak”da keçirən Turqay geridə qalan mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. O, Rusiya U-19 yığmasının heyətində 4 oyun keçirib.
Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”