Dünya futbolu
Amerikanın ən güclüsü müəyyənləşdi
Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.
F…
Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi qitə birinciliyinin finalında Braziliya və Peru yığma komandaları üz-üzə gəlib.
Qarşılaşmada hesabı 15-ci dəqiqədə Braziliya yığmasının üzvü Everton açıb. 44-cü dəqiqədə Peru yığmasının üzvü Gerrero penaltini qola çevirməklə hesaba tarazlıq gətirib. Amma cəmi 1 dəqiqə sonra meydan sahibləri daha bir qol vurmaqla yenidən hesabda önə keçiblər. İkinci qolun müəllifi Qabriel Jesus 70-ci dəqiqədə meydandan qovulmaqla Braziliya yığmasının işini çətinə salıb. Buna baxmayaraq, 90-cı dəqiqədə Riçarlison penaltini qola çevirməklə meydan sahiblərinin üstünlüyünü daha da möhkəmləndirib – 3:1.
Beləliklə, Braziliya yığması tarixində 9-cu dəfə Amerika Kubokunun qalibi olub. Bu komanda daha öncə 1919, 1922, 1949, 1989, 1997, 1999, 2004 və 2007-ci illərdə də qitə çempionu olmuşdu. Amerika Kubokunu ən çox qazanan kollektivlər isə Uruqvay (15 dəfə) və Argentinadı (14).