Dünya futbolu
“Beşiktaş” İstanbula çağırdığı futbolçu ilə razılığa gələ bilmədi
Son mövsümü “Hamburq”da keçirən Lui…
Son mövsümü “Hamburq”da keçirən Luis Holtbinin “Beşiktaş”la danışıqlar aparmaq üçün İstanbula getdiyini xəbər vermişdik.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan danışıqlarda tərəflər arasında razılıq əldə olunmayıb.
Buna səbəb isə futbolçunun yüksək məvacib tələb etməsi olub. “Ağ-qaralar” azad agent statusu daşıyan futbolçuya illik 1,8 milyon avro olmaqla, 2+1 illik müqavilə təklif etmişdi. 28 yaşlı yarımmüdafiəçi isə illik 2 milyon 250 min avro məvacib, 1,5 milyon avro imza pulu tələb edib.
Bu məbləği ödəmək niyyətində olmayan “Beşiktaş” rəhbərliyinin Holtbi ilə danışıqlara son verdiyi bildirilir.
Son mövsümü “Hamburq”da keçirən yarımmüdafiəçi, iştirak etdiyi 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı