Dünya futbolu
“Qalatasaray”dan ayrıldı, Super Liqa klubu ilə anlaşdı
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Eren Der…
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Eren Derdiyokun yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, yeni mövsümdən “Göztəpə”nin şərəfini qoruyacaq.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Derdiyok İzmir klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Derdiyok “Bazel”in yetirməsidi. O, peşəkar karyerasına da bu klubda başlayıb. 31 yaşlı forvard daha sonra Almaniyanın “Bayer”, “Hoffenhaym” klublarında çıxış edib. 2014-cü ildə Türkiyəyə dəvət olunan forvard iki mövsüm “Kasımpaşa”da çıxış etdikdən sonra 2016-cı ildən “Qalatasaray”ın uğurları üçün çalışırdı.
İsveçrədə anadan olan türk əsilli futbolçu məhz bu ölkənin yığmasını seçib. O, İsveçrə millisində 60 oyuna çıxıb, 11 qol vurub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı