Ölkə futbolu
“Səbail”in Essyendən başqa da yaxşı oyunçuları var”
Rumıniyanın “Universitatya Krayova” klubunun kapitanı N…
Rumıniyanın “Universitatya Krayova” klubunun kapitanı Nikuşor Banku Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri ilk oyundan əvvəl Bakıda təşkil olunan mətbuat konfransına qatılıb.
Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərlə görüşdə öncə bunları söyləyib:
– Bizi çətin oyun gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Buna öyrəşməmişik.
– Sabahkı oyundan sonra Maykl Essyenlə şəkil çəkdirməyi düşünürsüzmü?
– Essyenin yaxşı oyunçu olduğunu bilirəm. Ancaq indi gənc deyil. Onun təcrübəsi var. "Səbail"in Esyyendən də başqa yaxşı oyunçuları var. Sabahkı oyundan sonra fürsət olsa, bəlkə də şəkil çəkdirərik.
– Növbəti mərhələ haqda düşünürsüzmü?
– Biz heç vaxt növbəti mərhələ haqda düşünmürük. Çətin oyun olacaq. Mərhələni keçsək, sonra düşünəcəyik.
– Sizin favorit olmağınız təzyiqləri artırırmı?
– Mərhələ keçmək asan olmayacaq. Azərkeşlər bizdən qələbə gözləyir. Əlimizdən gələni edəcəyik. (komanda.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…