Dünya futbolu
Antuan Qrizmann rəsmən “Barselona”da
Geridə qalan mövsüm başa çatan kimi Madrid “A…
Geridə qalan mövsüm başa çatan kimi Madrid “Atletiko”sundan ayrıldığını açıqlayan Antuan Qrizmannın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu gözlənildiyi kimi, “Barselona”ya transfer olunub. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
“Barselona” bu keçidə görə 120 milyon avrosundan keçib. Qrizmann yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Kataloniya təmsilçisi isə 2024-cü ilədək onu transfer etmək istəyən klublar üçün fantastik qiymət qoyub – 800 milyon avro!
İspaniyada daha öncə “Real Sosyedad”da da forma geyinən Qrizmann, 2014-cü ildə 30 milyon avroya “Atletiko”ya transfer olunmuşdu.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza