Dünya futbolu
Sabiq “Qalatasaray”lı rəsmən “Fənərbaxça”da
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda forma geyinən Qarri Rodriqesi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hollandiyada anadan olan Kapo Verde yığmasının üzvü 2 illik icarəyə götürülüb. “Fənərbaxça” qarşı tərəfə heç bir icarə haqqı ödəməyəcək. Üstəlik, icarə müddətinin sonunda İstanbul klubu futbolçunun transfer hüquqlarını alacaq.
29 yaşlı vinger artıq İstanbula gələrək tibbi müayinədən keçib və rəsmi müqaviləyə imza atıb.
Qarri Rodriqes 2017-ci ilin yanvar ayında 3,5 milyon avroya Yunanıstanın PAOK klubundan “Qalatasaray”a transfer olunsa da, bu ilin yanvarında 9 milyon avroluq təzminatla Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a üz tutmuşdu. O, “Qalatasaray”ın heyətində çıxdığı 61 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib