Ölkə futbolu
“Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”
Albaniyanın “Partizani” klubunun baş məşqçisi F…
Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Turu keçə bilməməyinizin səbəbini nədə görürsüz?
– "Qarabağ" iki qol vurdu, "Partizani" yox. Bu, futboldu, hər şey ola bilər. Bizim də imkanlarımız oldu, ancaq yararlana bilmədik.
– Hər iki oyunda müdafiə futbolu oynadız. Şansınız olsaydı, yenə eyni sistemlə oynayardızmı?
– Rəqibin gücündən asılıdı. Bizdən güclüdülərsə, müdafiə oyunu oynayacağıq.
– Bakıdan qıcıqla ayrılırsız, yoxsa növbəti mərhələlərdə "Qarabağ"a azarkeşlik edəcəksiz?
– Qısqanmırıq, qıcıq olmuruq. Onlara uğurlar arzu edirəm. Öz komandama azarkeşlik edəcəm.
– "Qarabağ"ın hansı mərhələyə qədər irəliləyəcəyini düşünürsüz?
– "Qarabağ" həqiqətən güclüdü. Ancaq hara qədər gedəcəklərini deyə bilmərəm. Dani Kintana kimi oyunçuları var ki, nə vaxt əvəzləyəcəklərini bilir. Aylton Silva da yaxşı oyun göstərdi.
– Sarı vərəqə aldığınız epizodla bağlı danışardız. Butulkaya təpik vurduz. Bu, penalti ümidlərinizin boşa getdiyi üçün idimi?
– Bu oyunla bağlı olan bir emosiya idi. (komanda.az)