Dünya futbolu
Premyer Liqadan Çinə daha bir transfer
İngiltərənin “Vest Bromviç” klubunun hücum&…
İngiltərənin “Vest Bromviç” klubunun hücumçusu Salomon Rondon bundan sonra karyerasını Çində davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, o, “Dalyan İfan” klubuna transfer olunub. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Transferin detalları açıqlanmır. Amma Britaniya mətbuatının yazdığına görə, Çin klubu bu keçidə görə “Vest Bromviç”ə 18 milyon avro təzminat ödəyib.
Rondonun yeni klubu ilə 3 illik müqavilə bağlaması gözlənilir. O, Çin təmsilçisində ilinə 8 milyon avro qazanacaq.
Qeyd edək ki, “Dalyan İfan”ı ispaniyalı mütəxəssis Rafael Benites çalışdırır. Hansı ki, Rondon onun rəhbərliyi altında “Nyukasl”da forma geyinib.