Bizi izləyin

Ölkə futbolu

Qocalmayan qısqanclıq

blank

“Google”da axtarış verəndə “Ağasəlim” yazırsan, ilk öncə mərhum meyxanaçı Ağasəlim Çıldağın məlumatları gəlir. Halbuki məqsəd Ağasəlim Mircavadovun karyerasına nəzər salmaq, özü özünü inkar edən bu adamı araşdırmaqdı.

33 il ən yüksək səviyyədə baş məşqçi işləyən, futbolda isə 60 ilə yaxın olan Mircavadov Çıldağ qədər populyar deyilsə, deməli, özünü sübut etməyi bacarmayıb. Ya da uğurları o qədər epizodik olub ki, yaddaşlarda qalmayıb, populyarlıq həddi meyxanaçını üstələməyə imkan vermir.

Bu yazını “CBC Sport”da qonaq olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun müsahibəsinə qulaq asandan sonra yazmaq qərarına gəldim. Sən demə, 73 yaşlı Mircavadov mətbuata müsahibəsində Sadıqovun məşqçliyə başlamağının tələsik addım olduğunu deyib, onun daha öncə uşaq futbolunda işləməsinin gərəkdiyini dilə gətirib.

Sadıqov cavabında Ağasəlim bəyin haqsız olduğunu faktlarla isbatladı. Amma bu yazıda məqsəd təkcə Rəşada yox, ümumiyyətlə, gənclərə olan qısqanclığı isbatlamaqdı.

Əvvəla, Ağasəlim müəllimin dünyagörüşünün dar olduğunu elə dediyi fikir təsdiqləyir. Uşaq futbolunda çalışan məşqçiylə klub məşqçisi tam fərqli olmalıdı. “Hərşeyşünas” olmaqdansa, uşaq məşqçisi ömrünü bu sahəyə həsr etməli, gəncləri üzə çıxarmalıdı. Klub məşqçisi isə tam fərqli ixtisasdı, klubda işləmək üçün uşaq futbolundan gəlmək lazım deyil. Elə Qurban Qurbanov nümunəsində olduğu kimi, özünü məhz klubda təsdiqləmək, burada bişmək gərəkdi.

Konkret Rəşada gəlincə, o, “Zirə”yə kimi “Qarabağ”ın gəncləri ilə uğurla işləyib, daha sonra U-21-də özünü sübut edib. Çempionlar Liqasının qrupunda meydana komanda çıxarmaq Mircavadovun bütün karyerasından daha dəyərlidi.

Ağasəlim bəyin gəncləri qısqandığı aşkar görünür. O, Rəşad Sadıqovun adını çəkib, əslində isə Samir Abasov, Aftandil Hacıyev, Ayxan Abbasov, Elmar Baxşıyevi qısqanır. Özü irəli getməkdənsə, irəlidə gedənlərin ayağından çəkməyə çalışır. Uzun illər ən imkanlı klublarda çalışan Mircavadov avrokuboklarda hətta iki mərhələ keçməyə həsrət qalıb, bunun üçün hər cür imkanı olan “Xəzər Lənkəran”da qrupları yuxusunda da görməyib, milli komandada şans qazanıb, Fransadan 0:10-la dönüb. İndi də A kateqoriyasını PRO-ya çevirəcək savadı yoxdu, bacarıqlı gəncləri ləkələməyə, onlara mənasız məsləhət verməyə çalışır.

Belə ağsaqqallıq olmur, Ağasəlim bəy. Milli komandalarımızda çalışan 42 yaşlı Milan Obradoviç, 40 yaşlı Miloş Velebit də cavandı. Niyə onlara yox, 39 yaşlı Rəşad Sadıqova ağıl verirsən? Elxan Məmmədovun kadrları haqda danışmağa hünərin çatmır? Həmin Obradoviç məhz Sadıqovun topladığı son illərin ən yaxşı nəsli ilə seçmə mərhələdə cəmi 6 xal topladı, Lixtenşteynə tarixinin ilk qələbəsini qazandırdı. Halbuki Rəşad daha az oyunda daha ümidverici nəticə qazanmışdı.

Və bu gün də uğursuz deyil, yenidən formalaşdırdığı “Zirə” zirvədədi. Sənin kimi işlədiyin bütün komandalara sponsorlara ən yüksək məbləğləri ödətdirərək, ən qaymaq futbolçuları aparıb, çempionluq üçün oynamır. Yerli gənclərlə büdcəyə uyğun əcnəbilərin vəhdətindən döyüşkən, öz üslubu olan, məşqçi işi görünən komanda formalaşdırıb. Bəlkə də uğursuz olacaq, ən yüksək səviyyəyə çatmayacaq, amma əsas odur səndən daha üst səviyyəli PRO kayeqoriyası var, bacarıqlıdı, çalışqandı. Sənin kimi ağsaqqalların faydalı məsləhətləri ona daha çox xeyir verərdi, nəinki qısqanc açıqlamalar.

Ağasəlim bəy və onun kimi düşünən bəzi veteranlar fikirləşir ki, məşqçilikdə yaş ən önəmli amildi. Yəni, Mircavadov və yaşıdları dünyasını dəyişməyincə kimsə onlardan daha yaxşı komandada işləyə, daha irəli gedə bilməz. Sanki qəbilə qanunlarıdı, ağsaqqal başda oturmalıdı.

Və ya Ağasəlim bəy özü – məşqçiliyə nə vaxt başlayıb? Cavab: Sadıqovdan daha erkən. “Avtomobilçi” və daha bir neçə klubda. Və Rəşad kimi, 40 yaşı tamam olmamış “Neftçi”yə baş məşqçi təyin edilib. SSRİ çempionatı kimi səviyyəli yarışda oynayan Bakı klubunda Beskova, Lobanovskiyə qarşı. Yaş bu qədər önəmlidisə, Mircavadova güvənən “məsuliyyətsiz” kim olub?

Daha bir tarixi fakt. Əhməd Ələskərov Mircavadovun dediyi heç bir təcrübədən istifadə etmədən, 31 yaşında “Neftçi”nin baş məşqçisi təyin olunub və debütdəcə komandaya tarixinin ən böyük nəticəsini – 1966-cı ilin bürünc medalını qazandırıb. Deməli, ağıl yaşda deyil, başdadı.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova bu kimi adamların xisləti bələddi. Onları irəli verib, bir-birini qırdırır, aşağıladır. Özü isə futboldan xəbəri olmadan milyonlar qazanır, futbolu uçurumdan yuvarladır. Ağasəlim bəy Elxan Məmmədovun 27 yaşında AFFA-nın baş katibi təyin olunması haqda hansısa irada rast gəlməmişəm. Heç yerdə deməyib ki, gərək əvvəl briqadir, sovxoz direktoru işləyərdi.

Obradoviç və Velebitlə bağlı qeydləri sonda bir də yada salaraq, yazını Ağasəlim Çıldağın məşhur qafiyəsi ilə bitirirəm:

Aləmi bir-birinə qatıb gedirsən,

Bəlkə əcəb, bəlkə qələt edirsən,

Azəri millətini satıb gedirsən,

Bizim tək insan olmaq istəmirsən,

Niyə müsəlman olmaq istəmirsən?

Bir baxginən səndə olan zillətə,

Diqqət  elə bizdə olan ibrətə,

Bizi satırsan sən də başqa millətə,

Öz-özünə heyran olmaq istəmirsən,

Niyə müsəlman olmaq istəmirsən?

CAVAD

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-20 19:16

Karyerasında ilk dəfə dubla imza atdı

blank
Dünya futbolu2024-05-20 19:00

“Mançester Siti”nin qapıçısı Amerika kubokunda iştirak edə bilməyəcək

blank
Ölkə futbolu2024-05-20 18:40

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-05-20 18:22

AGF rəsmisi beynəlxalq seminara dəvət alıb

blank
Ölkə futbolu2024-05-20 18:06

“Sumqayıt”ın stadionunda “açıq qapı”

blank
Milli komanda2024-05-20 17:51

Millimiz yoldaşlıq turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm