Dünya futbolu
Çempionlar Liqası: PSV-dən çətin qələbə
Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mə…
Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri olan APOEL ilə “Sutyeska” da bu gün üz-üzə gəlib. Monteneqroda keçirilən görüşdə Kipr təmsilçisi minimal hesabla qələbə qazanıb.
“Viktoriya” klubu “Olimpiakos”u, PSV isə “Bazel”i qəbul edib. Plzendəki oyunda hesab açılmayıbsa, Eyndhovendə qapılara 5 qol vurulub. Qələbəni isə meydan sahibləri bayram ediblər.
Zaqreb “Dinamo”su ilə “Kopenhagen” də səfərdə inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
“Qarabağ” özü isə 2-ci mərhələdə “Dandalk”la (İrlandiya) qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul
Viktoriya (Çexiya) – Olimpiakos (Yunanıstan) 0:0
Saburtalo (Gürcüstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qol: Orsiç, 67. Petkoviç, 78-pen.
PSV (Holllandiya) – Bazel (İsveçrə) 3:2
Qol: Bruma, 14. Lammers, 89. Malen, 90 – Ayeti, 45. Alderete, 79.
TNS (Uels) – Kopenhagen (Danimarka) 0:2
Qol: Sotiriu, 18. Skov, 61-pen.
Sutyeska (Monteneqro) – APOEL (Kipr) 0:1
Qol: De Vinsenti, 42-pen.
24 iyul
21:00 BATE (Belarus) – Rusenborq (Norveç)
22:00 CFR Kluj (Rumıniya) – Makkabi (Təl Əviv, İsrail)
22:00 Ferentsvaroş (Macarıstan) – Valetta (Malta)
22:15 Maribor (Sloveniya) – AİK (İsveç)
22:45 Seltik (Şotlandiya) – Nımme Kalyu (Estoniya)
22:45 Dandalk (İrlandiya) – Qarabağ (Azərbaycan)
22:45 Srvena Zvezda (Serbiya) – HİK (Finlandiya)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq