Ölkə futbolu
Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov
İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsini…
İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Dinamo” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Dinamo”nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.
“Qəbələ” – “Dinamo” matçı iyulun 25-də, saat 19:00-da start götürəcək.
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Digər idman növləri2024-05-20 20:00
Hidayət Heydərov dünya çempionu oldu
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov