Ölkə futbolu
“Neftçi” Tuladan qələbə ilə qayıdır
Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk…
Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçilərindən “Neftçi” də bu gün növbəti matçına çıxıb.
Roberto Bordinin çalışdırdığı komanda səfərdə Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşıb. Azərbaycan təmsilçisi bu oyunda minimal hesabla üstün olub.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
25 iyul
Arsenal – Neftçi 0:1
Qol: D.Federiko, 45+1.
Baş hakim: Enea Yorci (Albaniya).
Tula. "Arsenal" mərkəzi stadionu.
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandr Tudor.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Adzoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə.
Baş məşqçi: Roberto Bordin.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza