Ölkə futbolu
“Sumqayıt” Türkiyə klubuna uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt&r…
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Türkiyənin “Diyarbəkirspor” klubu ilə qarşılaşıb.
“Çam” otelinin stadionunda keçirilən və Bakı vaxtı ilə saat 11:00-da başlayan matçda ötən gün “Ahal”la (Türkmənistan) oyunda forma geyinmək şansı qazanmayan futbolçular iştirak edib. Qarşılaşma isə sumqayıtlıların minimal hesablı məğlubiyyəti ilə başa çatıb.
“Ahal”a 1:0 qalib gələn “Sumqayıt” daha öncə Rumıniyanın “Petrolul” klubu ilə heç-heçə etmişdi – 2:2. Əvvəlcə Türkiyədə 4 yoxlama oyunu keçirəcəyini açıqlayan “Sumqayıt”ın “Diyarbəkirspor”la oynaması planda yox idi. Amma komandanın bu ayın 29-da Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi” və avqustun 1-də isə 1-ci Liqa təmsilçisi “Akhisarspor” qarşılaşacağı öncədən bəlliydi.
Yoxlama oyunu
25 iyul
Sumqayıt – Diyarbəkirspor 0:1
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu