Ölkə futbolu
“Qarabağ” – “Dandalk” matçının biletləri satışda
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnif…
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 31-də İrlandiyanın “Dandalk” klubunu qəbul edəcək.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, cavab oyununun biletləri artıq satışdadır.
Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulbar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.