Ölkə futbolu
Bordinin taktiki qələbəsi
Böyük futbol beyin oyunudur. Roberto Bordin "Arsenal&qu…
Böyük futbol beyin oyunudur. Roberto Bordin "Arsenal"ı mükəmməl təhlil etmişdi. Mərkəzdə dəyişiklik, ilk dəqiqələrdən çəkinmədən rəqibə pressinq, öndə, ortada, dayaq bölgəsində rəqibin ayağına otura biləcək futbolçular, Platellasın ehtiyatda saxlanılması, Monroza, Darioya tam sərbəstlik, oyunu öz üzərlərinə götürmələri komandanın taktiki möhtəşəm oyunu ilə fiziki, psixoloji, mübarizlikdə tam olaraq "Arsenal"ı üstələməsi…
Tula klubu nəinki zəif deyil, çox üstün keyfiyyətləri var. Debütant olmaları və əsasən də "Arsenal"ın baş məşqçisinin taktikada tam olaraq Bordinə məğlub olması ilk oyunun nəticəsini təmin etdi. Mətbuat konfransında Bordin "qorxaq"lığı ilə rəqibi bəsit şəkildə aldatsa da, kapitan Emin Mahmudov qələbəyə oynayacaqlar ilə bağlı ipucu vermişdi…
Rusiyada "Neftçi"yə hörmətlə yanaşılsa da, oyunöncəsi mütəxəssislərin açıqlamaları "Arsenal"ı tam yuxuya vermişdi. "Neftçi" ilk oyunda adına layiq böyük klub kimi öz ruhu ilə sübut edərək "Arsenal"ın ll liqa komandası olduğunu sübut etdi.
Mərhələ keçilibmi? Xeyr. Cavab oyunu tam fərqli keçəcək. "Arsenal" Bakıda tək özü üçün deyil, bərk sillə almış Rusiya futbolunun nüfuzu üçün oynayacaq. Rəqib futbol oynamağı bacarır, bu dəfə taktiki olaraq "Neftçi" tam incələnəcək və ciddi yanaşılacaq…
"Neftçi" böyüklüyü sadiq fanat, azarkeşlərinin dəstəyilə Rusiyadan qalıb qayıdır. Bordin isə Tulada rahat samovar çayı içə bilər….
Təbriklər, "Neftçi"!
TAHİR SÜLEYMANOV
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”