Ölkə futbolu
Hacı Hacıyev: “Premyer Liqa Azərbaycan çempionatından güclüdü”
Tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Avropa Liqasını…
Tanınmış rusiyalı məşqçi Hacı Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyununu (0:1) şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, Bakı təmsilçisinin bu oyuna diqqətlə hazırlaşdığını söyləyib:
“Neftçi”nin məşqçisi italiyalıdı. O, oyunu müdafiədən yaxşı qurmağı bacarır. Mənə məlumdu ki, “Neftçi”nin məşqçilər heyəti “Arsenal”ın oyunlarına baxıb. Onlar matça layiqincə hazır idilər. “Neftçi” oyunu elə qurdu ki, “Arsenal”a güclü tərəflərini göstərməyə imkan vermədi. Hesab etmirəm ki, “Neftçi” daha güclü döyüşçüdü. Sadəcə, onlar avrokuboklarda tez-tez iştirak ediblər.
Bizim çempionat Azərbaycan çempionatından xeyli güclüdü. Bu başqa məsələdi ki, Tula təmsilçisi bir neçə hücumameylli futbolçusunu itirmişdi. Yəqin ki, bu, onların oyununa təsir etdi. Bütün hallarda hesab edirəm ki, “Neftçi” bu qarşılaşmaya əla səviyyədə hazır idi”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?