Dünya futbolu
Nəbiyev Çexiyada het-trikə imza atdı
Çexiyanın “Slaviya” klubunun gənclərdən ibarət…
Çexiyanın “Slaviya” klubunun gənclərdən ibarət komandası növbəti mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi sözügedən komanda “Ştexoviçe” ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.
Fərid də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan gənclərdən ibarət Azərbaycan millisinin 20 yaşlı forvardı sonadək mübarizə aparıb.
Komandasının vurduğu qollardan yarısına məhz Nəbiyev imza atıb. Daha öncə “Slask”la yoxlama oyununda da bir dəfə fərqlənmiş Fərid bu oyunun 36, 38 və 71-ci dəqiqələrində fərqlənməklə het-trikini rəsmiləşdirib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib