Ölkə futbolu
“Sabah”ın növbəti rəqibi bilindi
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “S…
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah”ın növbəti yoxlama oyununundakı rəqibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Qətərin “Əl-Şahaniyə” klubu ilə qarşılaşacaq.
Görüş avqustun 1-də, Bakı vaxtı ilə saat 18:00-da “Sapanca” stadionunda keçiriləcək.
Bu, "Sabah"ın Türkiyədə 3-cü yoxlama görüşü olacaq. Komanda indiyə qədər "Konkordiya"ya (Rumıniya – 1:2) uduzub, "Kəmərspor"a (Türkiyə – 2:1) qalib gəlib.