Ölkə futbolu
“Zirə” Nigeriya klubunu darmadağın etdi
Növbəti mövsümə Türkiyədə hazırlaşan “…
Növbəti mövsümə Türkiyədə hazırlaşan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı “qartallar” Nigeriyanın “Hartlend” klubu ilə qarşılaşıb.
Kızılcahamam stadionunda keçirilən görüşdə Azərbaycan təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.
Bu, "Zirə"nin toplanış çərçivəsində 3-cü yoxlama görüşü olub. Komanda buna qədər Rumıniya "Konkordiya"sı ilə qolsuz bərabərə qalıb, Türkiyə klubu "Adana Dəmirspor"a məğlub olmuşdu (2:3).
Yoxlama oyunu
30 iyul
Zirə – Hartlend 5:0
Qol: Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca-pen, Robin Nqalande, Tellur Mütəllimov.
Zirə: 28. Boyan Zoqoviç, 4. Elvin Camalov, 5. Anastasios Papazoğlu, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 14. Cavid Hüseynov (k), 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 27. Adrian Skarlatake, 70. Nicat Süleymanov.