Ölkə futbolu
“Keşlə” Super Liqa təmsilçisi ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə&rdq…
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə”nin daha bir rəqibi məlum olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yoxlama oyununda Türkiyə “Çaykur Rizəspor”u ilə qarşılaşacaq.
Super Liqa təmsilçisi ilə görüş avqustun 2-də, saat 17:00-da start götürəcək.
“Keşlə” ilk sınaq matçında, iyulun 31-də Türkiyənin 1-ci liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq.