Dünya futbolu
Seneqal millisinin üzvü rəsmən PSJ-də
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə güclənd…
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi “Everton”dan İdrissa Qana Queyeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Fransa mətbuatının xəbərinə görə, PSJ Queye üçün 32 milyon avro təzminat ödəyib.
Queye 63 dəfə formasını geyindiyi Seneqal millisində 2 qol vurub.