Ölkə futbolu
“Arsenal”ı Bakıda neçə azarkeş dəstəkləyəcək?
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi…
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Arsenal" Bakıda dəstəksiz qalmayacaq.
Futbolinfo.az xəbər verir ki, Rusiya klubunu kiçik bir qrup dəstəkləyəcək.
Belə ki, Rusiya mətbuatının yaydığı məlumata görə, "Bakcell Arena"da baş tutacaq qarşılaşmada təxminən 50 "Arsenal" azarkeşinin olması gözlənilir.
Bu isə "Neftçi"nin Tuladakı fanatlarının sayından 6 dəfə azdı. Çünki "flaqman"ı Rusiyadakı ilk matçda 300-dən çox həmyerlimiz dəstəkləmişdi.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək "Neftçi" – "Arsenal" oyunu saat 21:00-da başlayacaq. İlk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.