Ölkə futbolu
AFFA-da məşqçi kurslarına start verildi
AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşq&cced…
AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.
Futbolinfo.az xəbər verir ki, avqustun 2-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə, Arif Əsədov, İlkin Hüseynov və Osman Rəhimovun iştirakı ilə keçirilir.
Kursun ikinci mərhələsi avqustun 12-dən 16-dək keçiriləcək.
Həmçinin Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində qadın futbolunda çalışan mütəxəssislər üçün C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb. Avqustun 2-də başa çatacaq məşğələlərə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov rəhbərlik edir.
Kursun ikinci mərhələsi avqustun 5-dən 9-dək keçiriləcək.