Dünya futbolu
“Beşiktaş”dan ayrılan hücumçu “Kasımpaşa”da
Türkiyənin “Beşiktaş” klubu ilə yolları ayrılan…
Türkiyənin “Beşiktaş” klubu ilə yolları ayrılan Mustafa Pektemekin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Super Liqanın digər təmsilçisi “Kasımpaşa”nı seçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pektemek yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
2011-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışan Pektemek, daha öncə “Sakaryaspor”, “Sarıyer” və “Gənclərbirliyi” klublarında da forma geyinib. 2016/17 mövsümündə isə o, “Başakşəhər”də icarədə olub.