Ölkə futbolu
“Qarabağ” azarkeşlər üçün avtobuslar ayırdı
“Qarabağ” sabah, saat 21:00-da Çempionlar Liqasın…
“Qarabağ” sabah, saat 21:00-da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dalğa Arena”da İrlandiyanın “Dandalk” klubu ilə qarşılaşacaq.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” tərəfindən xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.