Ölkə futbolu
“Neftçi” növbəti mərhələdə!
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ca…
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” də bu gün növbəti matçına çıxıb.
Rusiyanın “Arsenal” klubu ilə mübarizə aparan “qırmızı-qaralar” bu dəfə Tula təmsilçisi ilə doğma meydanda üz-üzə gəlib. Səfərdə minimal hesabla qalib gələn Roberto Bordinin yetirmələrinə mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edirdi. Amma bakılılar bu dəfə daha inamlı qələbə qazanıblar və növbəti mərhələyə vəsiqəni təmin ediblər.
"Neftçi"ni 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə mübarizə gözləyir.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust
Neftçi – Arsenal 3:0
Qol: R.Əliyev, 49. D.Federiko, 89-pen. M.Mbodj, 90+3.
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”.
İlk oyun – 1:0.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Adzoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandr Tudor, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”