Bizi izləyin

Dünya futbolu

Fariz Nəcəfov: “Üçüncü tərəfin mehribançılığımızı pozacaq təxribatlarına yol verilməməlidi”

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Gürcüsta…

blank
"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Gürcüstan "Dinamo"su ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində "Report"un Tiflisə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. O, həm matç, həm də meydanətrafı olaylar barədə danışıb.
 
– Evdəki ilk oyunda 0:2 hesablı məğlubiyyət şansları azaldır, ruh düşkünlüyü yaradır. Üstəlik, "Qəbələ"də böyük dəyişikliklər baş verib. Ancaq siz nikbin görünürsünüz. Bu daxili inamı hardan alırsınız?
– İnam, şans həmişə var. Hamımız başa düşürük ki, evdə 0:2 hesabı ilə uduzan komandanın səfərdə işi çətin olacaq. Ancaq futbolçularla görüşüb danışanda, məqsədin bir olduğu qeyd olundu – nəyə gücümüz çatırsa, ondan artığını eləməliyik. Maksimum gücümüzü meydançada qoymalıyıq. Gənc futbolçularımız var ki, ilk oyunda həyəcanlı olmaları hiss olunurdu. Yəqin ki, siz də bunu hiss etmişdiniz…
 
– Bəli, hətta aralarında "Qəbələ"də ilk rəsmi matça çıxanlar, avrokuboklarda debüt edənlər vardı…
– Bu haqda danışmışam, baş məşqçimizə də demişdim. O da bununla bağlı gənc futbolçularla söhbət aparıb. Həmin şeyi indi onlara vurğuladım ki, çıxıb axıradək döyüşmək, futbolumuzu göstərmək lazımdır. Nə cür olacağını sonda biləcəyik.
 
– İlk qarşılaşmadakı məğlubiyyətin səbəbləri hansılardır?
– Çatışmayan məqamlar, səhvlər həddindən artıq çoxdur. Məşqçilər bunu analiz ediblər. Yeni komandadır, oyun baxımından anlaşma yox idi. Keçənilki heyətdən 1-2 futbolçu var. Sözsüz ki, belə nəticənin olmağı gözlənilən idi, normaldır. Yenə də futbolçularımıza inanıram. Yeni legionerlərimiz az da olsa, özlərini göstərə bildilər. Şəxsən mən onlarda nəsə görə bildim. Zamanla komanda daha yaxşı olacaq, buna inanıram. Akademiyamızdan olan futbolçuların perspektivinə inanıram. Çox heyf ki, zamanımız az oldu. Yeni yığılmış komandanın mövsümə məğlubiyyətlə başlamağı bizim üçün ağırdır. Keçən il də eyni halı yaşadıq, komandada dəyişikliklər oldu. Bundan əvvəl yadınızdadırsa, qrupa düşdüyümüz vaxtlarda da hər dəfə heyətdə dəyişikliklər olurdu. Bu, alın yazımızdır.
 
– Hələ Dorinel Muntyanunun yeni gəlişində – "Qəbələ" avrokuboklarda debüt edəndə belə köklü dəyişikliklər və Qəbələdə 0:2 hesablı məğlubiyyət oldu. Ötən yay Sənan Qurbanov baş məşqçi postuna gəldi və yenə eyni proses və Qəbələdə 0:2 hesablı məğlubiyyət. Bu dəfə də həmin uğursuz nəticədən qaça bilmədik…
– Əslində, Roman Qriqorçukun baş məşqçiliyi dövründə də, hər dəfə Avroliqada qrupa düşdüyümüz dövrdə də komandada 5-6 futbolçu dəyişikliyi olurdu. Demək olar, yeni yığılmış heyətlə Avroliqaya qatılırdıq, ancaq qrupa düşürdük. Sadəcə, həmin vaxt futbolçuların keyfiyyət məsələsi vardı. Həm də tam heyət dəyişmirdi. Ancaq bugünkü heyət tam fərqlidir. Ümumiyyətlə, hazırkı vəziyyət əvvəlkilərdən tam fərqlidir. Bundan başqa bəhanə axtarmağa yer yoxdur. Nəsə kimdəsə səhv axtarmaq olmur. Sırf komandanın təzə yığılması, gənc futbolçuların olması əsas səbəbdir. Ancaq qol epizodlarımız da oldu. Bunu da yenə tələskənliyə, təcrübəsizliyə bağlayıram.
 
– Belə matçda gürcü legionerləriniz daha yaxşı oynamalıdı. Həm onlar üçün prinsipial görüşdür, həm də həmyerlərinizin oyun planında incəliklərini daha yaxşı biliklər. Ancaq Davit Volkov Qəbələdəki qarşılaşmada daha çox əvəzlənməsinə nümayişkarcasına etiraz etməsi ilə yadda qaldı. Siz onun xarakterini yaxşı bilən adam kimi hərəkətini necə qarşıladınız?
– Belə şeylər həmişə olur. Bilirsiniz, dünya futbolunda məşhur komandalarda da bu hallar yaşanır. Futbolçular adətən bu hərəkəti edirlər. Burda ciddi bir şey yoxdur. Axı, futbolçu qıraqdan özünü görmür, meydançada özünü tam görə bilmir.
 
– Görünən bu idi ki, Volkovun oyunu alınmırdı və əvəzlənməsinə ehtiyac vardı…
– Məşqçimiz də oyundan sonra Volkovla bağlı zədədən yeni döndüyünü demişdi. Səhv etmirəmsə, yoxlama matçının birində iştirak etmişdi. Çatdırmırdı, açıq-aşkar görünürdü. Bunun üçün hətta peşəkar olmaq da lazım deyildi… Hücuma qoşulandan sonra müdafiəyə qayıda bilmirdi, lazım olan mövqeyə çatmırdı. Əvəzlənərkən etdiyi hərəkət normaldır, xüsusi qabardılası bir şey yoxdur. Merab Giqauriyə gəlincə, yeni tanıyıram. Xarakterini hələ tam bilmirəm. Futbolçuların, məşqçilərin dediyinı görə, tam istədiyimiz xarakterə malik futbolçudur. Volkovda isə heç bir problem görmürəm.
 
– Bu mövsüm Gürcüstan təmsilçisi "Saburtalo" Çempionlar Liqasında "Şerif"i Molodvada 3:0 hesabıyla məğlub etsə də, Tiflisidəki cavab matçının ilk 11 dəqiqəsində 3 qol buraxmaqla özlərinə böyük problem yaratdılar. "Dinamo"dan da belə "boşalma" gözləyirsiniz? Sizcə, erkən qol vursaq, oyun tam başqa məcraya dəyişə bilərmi?
– İnanmıram ki, "Dinamo"da belə bir arxayınlaşma olsun. Ancaq nəticənin xeyrimizə ola biləcəyimə inanıram. "Dinamo" zəif komanda deyil. Bilirik ki, çox güclü hazırlaşıblar. Öz oyunumuzu oynamalıyıq. Özümüzə daha çox inanmalı, erkən qol vurmalıyıq. Yəqin ki, baş məşqçimiz bu haqda futbolçularla danışıb.
 
– Növbəti mərhələdəki rəqib artıq bilinir. Bu, Hollandiyanın  "Feyenoord" klubudur. Bu rəqibi keçmək çox çətin məsələdir. Futbolçularınızda indi belə bir fikir yaranmır ki, onsuz da "Dinamo"nu keçsək də, növbəti mərhələdə dayanacağıq?
– Yox, buna inanmıram. Elə bir şey ola bilməz ki, indidən istirahət haqda düşünsünlər. Futbolçular üçün “Feyenoord" kimi komandayla oynamaq böyük bir motivasiya olmalıdır. Bir də ki, futbolçular hər uğurlu oyuna, keçdikləri mərhələyə görə mükafat alırlar (gülür).
 
– Son zamanlar Azərbaycan və Gürcüstan arasında gərginlik yaşandı. Keşikcidağla bağlı insident oldu. Bəzi gürcü azarkeşlər Azərbaycan komandaları avrokubok oyunlarında da bir neçə dəfə təxribata əl atıblar. Belə hallar yenidən yaşanması gözlənilir. Bunun qarşısını almaq üçün hər hansı tədbir görülürmü?
– Tək Gürcüstan məsələsində yox, ümumiyyətlə, siyasətin, siyasi məsələlərin, təxribatların idmana, idman arenalarına daşınmasının tam əleyhinəyəm. Bu, bəlkə şablon bir sözdür, amma içimdən gələni deyirəm. Mənə elə gəlir ki, idmançı idmanı, futbolçu futbolu ilə məşğul olmalıdır. Onu deyə bilərəm ki, biz millət, dövlət olaraq gürcülərlə, Gürcüstanla elə geosiyasi vəziyyətdəyik ki, tarixən qonşu olmuşuq və bundan sonra da qiyamətə kimi qonşu olacağıq. Üçüncü tərəfin bu mehribançılığımızı, yaşayışımızı pozacaq təxribatlarına yol verilməməlidir. Həm "Qəbələ", həm də "Dinamo" azarkeşlrinə idman prinsipləri çərçivəsində azarkeşlik etməyi, tam futbol ab-havasında olmağı çağırıram.
 
– Yəni, futboldan kənara çıxmayaq…
– Əlbəttə. Biz idmançıyıq, idman, futbol ictimaiyyətiyik. Bundan qırağa çıxmamalıyıq. Dövlət sərhəddin delimitasiyasını aparır, orda hər iki tərəfdən komissiya işləyir. Məsələ də hüquqi müstəvidə həll olunacaq. Bizim buna qarışmağımız düzgün deyil.
 
– Matçda səfirliyimizin nümayəndələrinin iştirakı gözlənilir?
– Çox güman ki, gələcəklər. Bilirsiniz, Gürcüstanın Azərbaycandakı səfiri Qəbələdəki oyuna gəlmişdi.
 
– "Qəbələ"nin azarkeşlərin Tiflisə gəlməsi ilə bağlı kluba müraciət olunmuşdu?
– Azarkeşlər var ki, matça gəlib komandamızı dəstəkləmək istəyirlər, bizdən bilet istəyiblər. Onlar üçün sektor da ayrılıb. Amma deyəsən, "Qəbələ" fan-klubları iştirak etməyəcək.
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:33

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm