Dünya futbolu
Utkin: “Bu qədər hazırlıqsız olmaq utandırıcıdı”
Tanınmış rusiyalı jurnalist Vasili Utkin Avropa Liqasının II tə…
Tanınmış rusiyalı jurnalist Vasili Utkin Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilən cavab görüşünü dəyərləndirib. Bloqqer yazısında həmyerlilərini qınayıb.
O, "Arsenal"ın mübarizə əzminin olmadığını vurğulayıb: "Arsenal" barədə danışarkən demək lazımdı ki, nəticə utancverici oldu. "Neftçi"yə məğlubiyyətin qəbuledilməz olduğu üçün deyil. Sadəcə, meydanda döyüşmək istəməmək və bu qədər hazırlıqsız olmaq utandırıcıdı. Ancaq bütün bunları sırf nəticəyə əsaslanaraq deyirəm. Çünki oyuna baxmadım və bundan da peşman deyiləm".
Qeyd edək ki, Tulada 1:0 hesabı ilə qalib gələn "Neftçi" Bakıdakı qarşılaşmada rəqib qapısından 3 cavabsız top keçirib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq